Afrikada COVID-19-un yeni ştamı aşkarlanıb

Afrikada COVID-19-un yeni ştamı aşkarlanıb

Cənubi Afrika Respublikası və Botsvanada COVID-19-un yeni ştamı aşkarlanıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, "super variant" adlandırılan yeni növ koronavirusun “B.1.1.529” ştamı 32 mutasiyaya malikdir.

Bu virusun ilkin olaraq Cənubi Afrika Respublikasından Honq-Konqa gedən bir şəxsdə aşkarlandığı məlum olub. Hazırda Cənubi Afrika Respublikası və Botsvanada 9 nəfərdə “B.1.1.529” adlı ştam aşkarlandığı xəbər verilir.

Mütəxəssislərin fikrincə, "super variant" olaraq xarakterizə edilən “B.1.1.529” ştamına qarşı mövcud peyvəndlərin effektiv olub-olmadığı hələlik məlum deyil.