Məlum olduğu kimi, artıq bir neçə gündür İrəvan küçələrində Ermənistan hökumətinə qarşı vətəndaş itaətsizliyi aksiyaları keçirilir. yeniazerbaycan.com Ermənistanın "Panorama.am" saytına istinadən yaydığı xəbərə görə, 26 noyabr, cümə günü səhər saatlarından etibarən “Azadlıq hərəkatı” təşəbbüs qrupunun üzvləri İrəvanda hakimiyyətin hazırkı siyasətinə etiraz əlaməti olaraq küçələri bağlayıblar.
Həmişə olduğu kimi, bu dəfə də polis işçiləri İrəvan küçələrində etiraz aksiyasında iştirak edən vətəndaşlara güc tətbiq ediblər. Ermənistan Polis xidmətinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəis müavini Edqar Canoyan məlumat verib ki, Saxarov meydanında küçəni bağlayan 6 etirazçı saxlanılıb.