Ötən gün zəlzələ baş verən Perunun Amazon bölgəsində bu dəfə mikroavtobus qəzaya uğrayıb. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Amazon bölgəsində bir mikroavtobusun Çaçapoyas-Moyobamba marşrutu ilə hərəkət edərkən baş verib. Verilən xəbərə görə, mikroavtobusun uçuruma düşməsi nəticəsində ən azı 10 nəfər ölüb, 7 nəfər yaralanıb.
Xəbərdə o da bildirilib ki, mikroavtobus 300 metr dərinlikdəki uçuruma düşüb.