Çinin Anhuy əyalətinin Qianşan şəhərində avtobus və yük maşını toqquşub. yeniazerbaycan.com-un Türkiyənin “İhlas” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, toqquşma nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Mərkəzi küçədə baş verən qəzada yaralananların xəstəxanaya aparıldığı və həyati təhlükəsi olan xəsarətlərin olmadığı bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.