Miqrantları daşıyan avtomobil qəzaya uğrayıb: 7 nəfər ölüb

Miqrantları daşıyan avtomobil qəzaya uğrayıb: 7 nəfər ölüb

Macarıstan-Serbiya sərhədində içərisində miqrantların olduğu avtomobil qəzaya uğrayıb. yeniazerbaycan.com Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, Macarıstan polisi baş verən qəzada 7 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb.

Macarıstan rəsmiləri sərhəddəki Morahalomda baş verən qəzada miqrantları daşıyan avtomobilin evə çırpıldığını bildirib. Polis, həbs edilən avtomobilin sürücüsünün insan alveri və ölümlə nəticələnən qəza törətdiyinə görə mühakimə olunacağını açıqlayıb.