BANM-in tələbəsi magistraturaya qəbul imtahanlarının ikinci cəhdində ölkə birincisi olub

BANM-in tələbəsi magistraturaya qəbul imtahanlarının ikinci cəhdində ölkə birincisi olub

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Nicat Əliyev magistraturaya qəbul imtahanlarının ikinci cəhdində 95.5 bal toplayaraq ölkə birincisi olub.

AZƏRTAC xəbər verir ki, bu barədə BANM-dən məlumat verilib.

Bakı Ali Neft Məktəbi təkcə texniki biliklərin deyil, həm də akademik mükəmməlliyin ünvanıdır.