Son illərdə Prezidentin birbaşa diqqət və qayğısı, həyata keçirilən proqramlar nəticəsində ölkədə 3600-dən çox məktəb ya tikilib, ya da əsaslı təmir edilib.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin noyabrın 13-də keçirilən birgə iclasında deyib.
O qeyd edib ki, görülən bu işlərin nəticəsində 1,3 milyondan çox şagirdin təhsil və təlim şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, mövcud infrastrukturu yararsız olan məktəblərin sayı 900-dən 400-ə qədər azaldılıb. 2026-2027-ci tədris ilində isə 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır.