Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatıb
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri  başa çatıb. Azərbaycan dövlətinin başçısını  Sevastopolun “Belbek”  hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Elə həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.