Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşüb

Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşüb
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq  bildirilib, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.