Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşüb

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşüb
Dünən Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak etmək üçün Bakıya gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib. Dövlət başçıları Bakıda keçirilən Krans Montana Forumunun önəmini qeyd ediblər.