Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb

Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində dəmiryolu keçidi yaxınlığında baş verib.

"Kia" markalı avtomobilin aşması nəticəsində 4 nəfər xəsarət alıb. Mingəçevir xəstəxanasına yerləşdirilən yaralılardan ikisi cərrahiyyə əməliyyatına alınıb, digər iki nəfər isə həkim nəzarətində müalicəsini davam etdirir. Onlardan birinin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.