Teymur Rəcəbov səhhəti ilə əlaqədar Azərbaycan çempionatında iştirakını dayandırıb

Teymur Rəcəbov səhhəti ilə əlaqədar Azərbaycan çempionatında iştirakını dayandırıb

Azərbaycan şahmatçısı Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək.

Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, qrosmeyster bununla bağlı yarışın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.

Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.