Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIX tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Şamaxı” və “Neftçi” komandaları çıxacaqlar. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da başlayacaq.
İkinci matçda isə “Sumqayıt” “Araz-Naxçıvan”nın qonağı olacaq. Liv Bona Dea Arenada təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Hazırda Naxçıvan klubu 48 xalla 3-cü, “ağ-qaralar” 32 xalla 6-cı, “kimyaçılar” 29 xalla 29-cu, bölgə təmsilçisi isə 28 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında "Kəpəz" "Sabah"a, "Qarabağ" "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Turan Tovuz" görüşündə isə qapılara qol vurulmayıb.