Azərbaycan basketbol millisi Dünya Seriyasının qalibi olub

Azərbaycan basketbol millisi Dünya Seriyasının qalibi olub

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Buxarestdə keçirilən Dünya Seriyasının final oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma ABŞ-ın "Seattle" klubuna 21:18 hesabı ilə qalib gələrək çempion ünvanına yiyələnib.

Turnirin ən dəyərli oyunçusu (MVP) millimizin üzvü Brianna Freyzer seçilib.