Fransa boksçusu: Bakı iki ildə çox dəyişib və inkişaf edib

Fransa boksçusu: Bakı iki ildə çox dəyişib və inkişaf edib

“Mən Bakıda ilk dəfə 2013-cü ildə olmuşam. Bu iki ildə Bakı çox dəyişib, inkişaf edib. “Bakı-2015” ilk Avropa Oyunları yüksək səviyyədə təşkil olunub. Mən və Fransa nümayəndə heyəti belə əla təşkilatçılığa görə ev sahibinə minnətdarıq”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 24 yaşlı fransalı boksçu Suliman Abduraşidov deyib.
S.Abduraşidov qeyd edib ki, Avropa Oyunlarının çempionu olmaq niyyətindədir. O, qələbəyə gedən yolda ən güclü rəqiblərindən birinin İtaliya boksçusu olduğunu bildirib.