Belçika komandası ilk qızıl medalını qazandıqdan sonra bu ölkədə birinci Avropa Oyunlarına maraq daha da artıb.
AZƏRTAC xəbər verir ki, Belçikanın tanınmış www.7sur7.be, www.sport.be, www.sudinfo.be, www.rtl.be və digər saytları “Bakı-2015”i daim diqqət mərkəzində saxlayır.
Belçika mətbuatı bu ölkənin idmançıları ilə yanaşı, digər ölkələrin təmsilçilərinin də çıxışlarına yer ayırır.