“Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi doğru qərar olub. Məncə, heç bir ölkə Avropa Oyunlarını bu cür yüksək səviyyədə təşkil edə bilməzdi”. Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı-2015” ilk Avropa Oyunlarında Niderlandı təmsil edən idmançı Kasimir Şmidt söyləyib.
O, Bakıda idmançılara yüksək diqqət və qayğı göstərildiyini, Atletlər Kəndində onlar üçün hər cür şərait yaradıldığını vurğulayıb: “Təşkilatçılıq səviyyəsi göz önündədir. Burada hər şey dəqiqliklə düşünülüb”.
Niderlandlı idmançı deyib: “Bakı haqqında eşitmişdim. Ancaq bu cür gözəl təsəvvür etmirdim. Həqiqətən də, şəhərinizdə qədimliklə müasirlik vəhdət təşkil edir ki, bu da insanda xoş təəssüratlar yaradır”.