Portuqaliya komandasının baş məşqçisi: I Avropa Oyunları bütün iştirakçı atletlər üçün mühüm əhəmiyyətə malikdir

Portuqaliya komandasının baş məşqçisi: I Avropa Oyunları bütün iştirakçı atletlər üçün mühüm əhəmiyyətə malikdir

Portuqaliyanın çimərlik futbolu üzrə yığmasının baş məşqçisi Madjer “record.xl.pt” saytına müsahibəsində deyib ki, birinci Avropa Oyunları 50 iştirakçı ölkənin bütün atletləri üçün mühüm əhəmiyyətə malikdir. O bildirib ki, Avropa Oyunlarında qızıl medal qazanmaq portuqaliyalı atletlərin əsas hədəfidir.
“Yarışlar yüksək səviyyədə təşkil olunub. Rəqiblər həqiqətən də çox güclüdür. Hər kəs o fikirdədir ki, ilk Avropa Oyunları önəmli bir idman tədbiridir. Burada uğur qazanan idmançılar Rio Olimpiadasında da mübarizə aparmaq imkanı əldə edəcəklər”, - deyə Madjer əlavə edib.