Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası birinci Avropa Oyunlarının təşkilini yüksək qiymətləndirib

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası birinci Avropa Oyunlarının təşkilini yüksək qiymətləndirib

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının təşkilini yüksək dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, federasiyanın rəsmi saytında birinci Avropa Oyunları çərçivəsində keçirilən bodibildinq yarışları barədə məqalə yerləşdirilib. Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyi bildirilən məqalədə Azərbaycan “cənnətin bir guşəsi” adlandırılıb. Ölkədəki qonaqpərvərliyi xüsusi qeyd edən müəllif bodibildinq yarışlarının gedişindən yazaraq maraqlı fotosessiyaya da yer verib.