Bakıda keçirilən Avropa Oyunlarında qızıl medal qazanan fransalı rapiraçı İvan Trevexo “Vestnik Kavkaza”a müsahibəsində yarışların yüksək səviyyədə təşkil olunduğunu bildirib.
İ.Trevexo deyib: “Avropa Oyunlarının Bakıda keçirilməsi əla oldu. Biz hər şeydən, o cümlədən hazırlıq işlərindən çox razı qaldıq. Turnirdə iştirak edən idmançılar Avropanın ən güclüləridir. Bakıya dünya səviyyəli atletlər gəlib və mən də bu turnirə diqqətlə hazırlaşmışdım”.