“Bakı-2015” birinci Avropa Oyunlarında gənc alimlərin iştirakı müzakirə edilib

“Bakı-2015” birinci Avropa Oyunlarında gənc alimlərin iştirakı müzakirə edilib

İyulun 8-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının nəticələri və bu mötəbər tədbirin təşkilində AMEA gənclərinin rolundan bəhs edən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edənlər birinci Avropa Oyunlarının əhəmiyyətindən danışıblar.
Tədbirdə, həmçinin gencalimler.az saytının və “Gənc tədqiqatçı” elmi-praktik jurnalının təqdimatı olub.