Ukraynalı Elina Svitolina dünyanın bir nömrəli tennisçisinə qalib gəlib

Ukraynalı Elina Svitolina dünyanın bir nömrəli tennisçisinə qalib gəlib

Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında tennisçi qadınların turnirində ukraynalı Elina Svitolina dünyanın bir nömrəli tennisçisi Serena Uilyamsa qalib gəlib.
AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Elina 1/8 finalda rəqibini 6:4, 6:3 hesabı ilə üstələyib.
İndiyə qədər bu amerikalı tennisçi ilə dörd dəfə qarşılaşmış E.Svitolina həmin görüşlərin yalnız birində bir set irəli çıxıb.