Sumqayıt Sənaye Parkında xüsusi növ faneraların istehsalı layihəsi həyata keçiriləcək

Sumqayıt Sənaye Parkında xüsusi növ faneraların istehsalı layihəsi həyata keçiriləcək

“Samvud Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, investisiya dəyəri 8,2 milyon manat olan xüsusi növ faneraların istehsalı layihəsi çərçivəsində 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.