Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq məhsul satılıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb.