Azərbaycan Biznesinin İnkişafı Fondunun xətti ilə bu ilin 10 ayı ərzində 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, bu kreditlər hesabına sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı, xidmət, turizm kimi sahələrdə layihələr icra edilib. Həmçinin insan kapitalının inkişafı məqsədilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi beynəlxalq platformalarla əməkdaşlıq çərçivəsində təlimlər təşkil edir.
“Dünyanın aparıcı şirkətləri ilə məlumat mərkəzləri və süni intellekt infrastrukturu üzrə strateji tərəfdaşlıq yüksək ixtisaslı gənc mütəxəssislər üçün yeni imkanlar açır”, - deyə nazir müavini qeyd edib.