Brüsseldə avtomobilindən imtina edənlərə 900 avro veriləcək

Brüsseldə avtomobilindən imtina edənlərə 900 avro veriləcək

Belçikanın və Avropanın paytaxtı hesab olunan Brüsselin mərkəzində dayanıqlı nəqliyyatı dəstəkləmək və şəhərin havasının keyfiyyətini yaxşılaşdırmaq üçün yeni təşəbbüs hazırlayıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeni təşəbbüsə əsasən, Brüsseldə yaşayanlar şəxsi avtomobillərini imtina etsələr, 900 avroya qədər mükafat almaq imkanı əldə edəcəklər.

Bu qaydaya əsasən, müvafiq olaraq, Brüsseldə yaşayan və şəxsi avtomobilinin nömrəsi 2021-ci ilin aprelindən sonra ləğv edilənlər maliyyə dəstəyi alacaqlar. Həmin şəxslərə illik gəlirlərindən asılı olaraq 500-900 avro arasında mükafat veriləcək.

Sözügedən mükafatdan şəhərdə ictimai nəqliyyatda, habelə qatar biletləri və taksi kimi alternativ nəqliyyatlarda istifadə edilə bilər. Arzu edənlər sözügedən resursdan avtomobil paylaşma sistemləri, elektrikli skuter icarəsi və velosiped alışı üçün istifadə edə biləcəklər.