Azərbaycanın Seçki Məcəlləsi Avropa standartlarına uyğunlaşdırılıb

Azərbaycanın Seçki Məcəlləsi Avropa standartlarına uyğunlaşdırılıb
“Azərbaycanın Seçki Məcəlləsi Avropa standartlarına uyğunlaşdırılıb və Azərbaycan cəmiyyəti dünya standartlarına uyğun seçki keçirməyə tam hazırdır”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib. Şöbə müdiri bildirib ki, Azərbaycanda seçki mühiti, ictimai-siyasi vəziyyət bunu deməyə əsas verir: “Biz həmişə demokratik seçkilərin üç əsas prisipini eşitmişik. İnsanların seçib-seçilmək hüququnun tanınması, bərabər seçki mühitinin yaradılması, seçki prosesinin şəffaflığı... Azərbaycanda bunların hamısı tam təmin olunur”.