Səbail rayonunda məktəblilər Xocalı soyqırımı barədə məlumatlandırılıblar

Səbail rayonunda məktəblilər Xocalı soyqırımı barədə məlumatlandırılıblar

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) birgə əməkdaşlığı çərçivəsində Səbail rayonundakı 7 nömrəli tam orta məktəbdə “Xocalısız 22 il” mövzusunda tədbir keçirilib.
ATGTİ-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbir dövlət himninin səsləndirilməsi və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin şagirdləri Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Tədbirdə çıxış edən orta məktəbin müəllimləri və ATGTİ-nin nümayəndələri Xocalı soyqırımı barədə şagirdlərə məlumat veriblər.
Şagirdlərə üzərində Xocalı faciəsinin dəhşətlərini əks etdirən köynəklər paylanıb.
Daha sonra şagirdlər YAP GB-nin ofisində “Xocalı həqiqətləri” mövzusunda maarifləndirici seminarda iştirak ediblər.
Silsilə tədbirlər çərçivəsində daha əvvəl ATGTİ-nin təşkilatçılığı ilə 285 nömrəli tam orta məktəbdə şagirdlər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu təşkil edilib. ATGTİ-nin qeyri-hökumət və məktəblərlə iş departamentinin nümayəndələri və 285 nömrəli məktəbin rəhbərliyi tərəfindən iştirakçı komandaların üzvlərinə və qaliblərə müvafiq sertifikatlar təqdim olunub.