Milli Məclisin deputatı Rauf Əliyev Mərdəkanda yerləşən internat məktəbində olub

Milli Məclisin deputatı Rauf Əliyev Mərdəkanda yerləşən internat məktəbində olub

Dünən Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Mərdəkan qəsəbəsində yerləşən “Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 saylı Respublika xüsusi internat məktəb”indəki uşaqlara baş çəkiblər. Tədbir iştirakçıları uşaqların təhsil və yaşayış şəraitləri ilə tanış olublar.
Eyni zamanda, “Açıq əyləncəli Futbol məktəbləri” layihəsi çərçivəsində uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə edilib.