Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52ABŞ dolları, yaxud 0,5 % artaraq 98,75 ABŞ dollarına çatıb.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 94,44 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.