Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 116,1% yerinə yetirilib

Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 116,1% yerinə yetirilib

2022-ci ilin birinci rübündə OPEC+ razılaşması çərçivəsində Azərbaycanda gündəlik neft hasilatı 575,5 min barel təşkil edib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

“İnterfaks-Azərbaycan” agentliyinin Energetika Nazirliyinin aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2022-ci ilin yanvar-mart aylarında gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,7 min barel olub. Bunun təxminən 118,1 min barelini kondensat təşkil edib.

2021-ci ildə OPEC+ razılaşması orta hesabla 116,1% yerinə yetirilib.