Məqsədyönlü siyasət, qazanılan uğurlar

 

29 oktyabr 2026-cı il tarixində çərçivəsində YAP Şəmkir rayon təşkilatı tərəfindən Təzəkənd kənd, Təcili və  Təxirə Salınmaz Tibbi Yardım Syansiyası Ərazi Partiya Təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı görüş keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının əməkdaşları Şövqi Həsənov və Turanə Rüstəmova qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın fəaliyyət istiqamətlərinin, qarşıda duran vəzifələrin və ölkənin gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından mühüm siyasi hadisə kimi təqdim olunur. Qurultay çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın dövlətçilik prinsipləri, milli maraqları, siyasi inkişafı və müasir çağırışlara uyğun fəaliyyət məsələlərinin diqqətdə saxlanılmasının əhəmiyyətini ön plana çıxarır.

Daha sonra çıxış edən natiqlər – Qurultay nümayəndəsi Elvira Allahverdiyeva, ərazi partiya təşkilat sədrləri və fəalları  bildiriblər ki, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn məsələlərin öyrənilməsi və təhlili partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Bu kontekstdə dövlət müstəqilliyinin qorunması, milli maraqların təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və sosial-iqtisadi inkişafın davam etdirilməsi kimi məsələlər xüsusi diqqət tələb edir.