Sabunçu rayonunda şəhid Əliyev Camal Xaliq oğlunun məzarı ziyarət olunub

 

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Camal Xaliq oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib.

Şəhidin məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Anım tədbirində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, rayon təşkilatı aparatının məsləhətçisi Altun İbrahimov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.

Qeyd edək ki, Camal Əliyev 11 avqust 1993-cü ildə Bakı şəhərində anadan olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb. Camal Əliyev Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.