Möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılmışdı

Möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılmışdı

Elməddin Abbasov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Uca Bayrağımızı işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər həyata keçirilir. Cənab Prezident şəhid ailələrinin və qazilərin üzləşdikləri çətinliklərin tez və operativ həll olunması istiqamətində dövlət strukturlarına xüsusi tapşırıqlar vermişdir.

2020 -ci il sentyabrın 27 -də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu "Dəmir Yumruq"adlandırılan əks hücum əməliyyatına başladı. 44 gün davam edən vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılmışdı. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi.Bu uğurlu addımlar isə bizi Qarabağa apardı.Bu şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.

Dövlət başçımızın qəti iradəsi və müdrik xarici siyasəti,müzəffər ordumuzun qəhramanlığı və şücaəti,xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi,həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı,xalqın inamı özünə qaytarıldı.

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib:"Biz sübut etdik ki,biz böyük xalqıq.Biz sübut etdik ki,biz həmrəylik göstəririk,birlik göstəririk və bu birlik onsuzda cəmiyyətdə var idi.Ancaq bu zəfərdən sonra bu,daha da yüksək səviyəyə qalxdı.Bu birlik bizə imkan verəcək ki,işğaldan azad edilmiş torpaqlara yenidən həyata qaytaraq,məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq,yenidən canlanacaq,dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.

Bu tarixi qələbənin əldə olunmasında Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Müzəffər Ali Baş Komandan kimi fəaliyyəti mühüm rol oynadı. Uzun illər ərzində həyata keçirilən ordu quruculuğu, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsi Vətən müharibəsində əldə olunan uğurların əsasını təşkil etdi. Müharibə dövründə Cənab Prezident Azərbaycanın haqq mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı, diplomatik və informasiya mübarizəsini ardıcıl şəkildə davam etdirdi.