Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları noyabrın 1-də keçiriləcək parlament seçkilərində qələbə əldə etmək üçün bütün hazırlıqları yekunlaşdırıb. YAP Gədəbəy rayon təşkilatı da seçki ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verib. Rayon təşkilatında yaradılan Seçki Qərargahı, o cümlədən təbliğat-təşviqat qrupu öz işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir. Artıq YAP tərəfindən irəli sürülmüş namizədlərin plakatları xüsusi ayrılmış yerlərdə yapışdırılıb.
Vurğulamaq lazımdır ki, Gədəbəy rayonunun inzibati ərazisi üzrə 2 Dairə Seçki Komissiyası fəaliyyət göstərir. YAP tərəfindən 41500 nəfər seçicisi olan 103 saylı Gədəbəy Seçki Dairəsi üzrə Hüseynova Sevinc Əmirəhməd qızının, 20980 nəfər seçicisi olan 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi üzrə Məmmədhəsənov Rafiq Musa oğlunun namizədliyi irəli sürülüb. YAP Gədəbəy rayon təşkilatında parlament seşkilərinin mütəşəkkil və şəffaf keçirilməsi ilə bağlı 17 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb.