YAP Samux rayon təşkilatının Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına başlayıb

YAP Samux rayon təşkilatının Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına başlayıb

Noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatının Seçki Qərargahı da təbliğat-təşviqat kampaniyasına başlayıb. Seçki Qərargahından verilən məlumata görə, rayon təşkilatının gənc fəallarından ibarət təbliğat-təşviqat komandası kampaniyaya başlandığı andan 102 saylı Seçki Dairəsinin ərazisinə səfərbər olunublar. Onlar yüksək fəallıq göstərərək YAP namizədinin plakatlarını seçki məntəqələrinin ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırıblar.
Qeyd edək ki, 102 saylı Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Rahil Qurban oğlu Həsənovdur.