/ / Soçi görüşü bölgədə təhlükəsizliyin təmin olunması baxımından Azərbaycanın maraqlarını tam şəkildə ifadə edir
Soçi görüşü bölgədə təhlükəsizliyin təmin olunması baxımından Azərbaycanın maraqlarını tam şəkildə ifadə edir
29.11.2021 [15:27]
Əli HÜSEYNLİ,
Milli Məclisin deputatı
Məlum olduğu kimi, noyabrın 26-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü baş tutmuşdur.
Prezident İlham Əliyev görüş zamanı Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf etdiyini və rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası yüksək olduğunu dilə gətirib. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu yüksək dəyərləndirən Azərbaycan Prezidenti iki ölkə arasında müharibəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən bir il ərzində görülən işləri müsbət səciyyələndirilir. O, bildirmişdir ki, Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olmuşdur.
Görüşün yekununda İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin Bəyanat imzalayıblar. Dekabrın 15-də Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin sədrliyi ilə keçiriləcək görüş ərəfəsində imzalanmış və siyasi ekspertlər tərəfindən 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamı kimi dəyərləndirilən bu sənəd regionda dayanıqlı sülhün bərpası üçün vacib olan müddəalardan ibarətdir.
Bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olunub. Üçtərəfli görüşün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu:
- Bəyanatda Qarabağ ifadəsi yoxdur;
- Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur;
- sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir;
- avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub;
- hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb;
- ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər;
- Rusiya prezidenti “dəhliz” dedikdə “avtomobil və dəmir yolları” demiş, həmçinin mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətmişdir.
Nikol Paşinyanın istəyinə zidd olaraq Bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi sülh danışıqların daha çox ikitərəfli formatına yönəldir.
Eyni zamanda bəyanatda bildirilib ki, nəqliyyat dəhlizinin açılması sərhədlərin delimitasiya və demarkasiyası ilə paralel şəkildə gedəcək. Buna görə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair ikitərəfli komissiya yaradılması nəzərdə tutulub. Həmçinin Rusiya sərhədlərin müəyyənləşməsində iştirak edə bilər. Məhz buna görə, bəyanatda Rusiyanın bu məsələdə tərəflərin xahişi ilə onlara yardım göstərməsi bəndi yer alıb.
Bakı ilə Moskvanın ümumi regional yanaşmaya malik olmaları, bu iki ölkə liderləri arasında qarşılıqlı etimadın, dostluğun və anlaşmanın mövcudluğu strateji tərəfdaşlığın dayanaqlığını təmin edən amillərdir və ümumilikdə, bu münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğuna işarədir.
Soçi görüşünün siyasi əhəmiyyətini səciyyələndirən meyarlardan biri cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində Zəngəzaur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğurdur. Azərbaycan Prezidenti buna qədər də dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxmışdır. Görüşün həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, Zəngəzur dəhlizinin açılması sadəcə zaman məsələsidir. Rusiya Federasiyası Prezidenti V.Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri də məhz onun bu məsələdə bizimlə eyni yanaşmasından xəbər verir.
Görüş əsnasında N.Paşinyanın səmərəsiz sabotaj cəhdləri isə rəsmi İrəvanın etibarsız tərəfdaş olduğunu bir daha beynəlxalq aləmə nümayiş etdirdi.
Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində Prezident İlham Əliyevin müəllifliyi ilə regionda yeni təhlükəsizlik arxitekturası qurulur. O, üçtərəfli görüşdən sonra bildirib ki, “bu görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda təhlükəsizlik şəraiti yaradacaq”. Ona görə də Soçi görüşünü sülhə aparan yol kimi dəyərləndirmək olar.
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

