Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İyulda “Buta Airways” Ufa şəhərinə uçuşlar həyata keçirməyə başlayacaq

İyulda “Buta Airways” Ufa şəhərinə uçuşlar həyata keçirməyə başlayacaq

14.06.2022 [17:28]

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan Ufa şəhərinə və geriyə uçuşları bərpa edir.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, aviaşirkət 3 iyuldan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Ufa şəhərinə reyslər yerinə yetirməyə başlayacaq. Bakı-Ufa-Bakı istiqaməti üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Həmçinin xatırladaq ki, “Buta Airways” aviaşirkəti 15 iyundan etibarən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

“Buta Airways” aviaşirkətinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, habelə aviaşirkətin www.butaairways.az rəsmi saytında satışdadır.

Bu reyslərə qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətin saytında tanış olmaq olar:

https://www.butaairways.az/az/covid/russia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:

https://www.butaairways.az/az/covid/azerbaijan.

 

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31