vardanyanların məkrli planı rədd edildi
14.12.2022 [10:36]
Erməni deputat AŞPA-nı aldada bilmədi
Nardar BAYRAMLI
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Komitəsinin iclasında Ermənistan parlamentinin deputatı Vladimir Vardanyan Azərbaycanın ünvanına əsassız ittihamlar irəli sürüb. Vladimir Vardanyan Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının guya rəsmi Bakının Laçın dəhlizini bağlamaqla Xankəndindəki ermənilərin Ermənistanla əlaqəsini kəsmək, erməniləri o ərazilərdən çıxarmaq məqsədinə “xidmət etdiyini” söyləyib. Erməni deputat öz yalanlarının miqyasını daha da şişirdərək hətta heç bir arqument gətirmədən Azərbaycanı “soyqırımı” təhlükəsi yaratmaqda günahlandırmağa, Ukraynadakı proseslərlə paralellər aparmağa cəhd edib.
İclasda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Kamal Cəfərov çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya və Gömrük İttifaqlarının üzvü olan Ermənistanın nümayəndəsinin Ukrayna ilə paralellər aparmaq cəhdini ikiüzlülük adlandırıb. K. Cəfərov bildirib ki, Azərbaycanın aidiyyəti qurumları “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə, o cümlədən ətraf mühitə dəyən zərərin monitorinqinin həyata keçirilməsi ilə bağlı həmin ərazidə müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarına bildiriş verib. Daha sonra monitorinq günü həmin ərazidə cinayətkar-oliqarx Ruben Vardanyan bir qrup erməni ilə təxribat törədib və monitorinqə mane olub. Rus sülhməramlıları bu təxribatın qarşısını ala bilməyib və ya almaq istəməyib. İndi isə Azərbaycan vətəndaşları, QHT nümayəndələri toplaşmaq azadlığından istifadə edərək Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırırlar.
Kamal Cəfərov qeyd edib ki, nə qədər ki, Volkov görüşə gəlməyəcək, həmin yolda aksiya davam edəcək. Ona görə də yolun bağlı qalma səbəbi elə Volkovun özüdür.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Erkin Qədirli isə çıxışında bildirib ki, Laçın-Xankəndi yolu yeganə yol deyil, ondan daha geniş və sürətli yeni tikilmiş magistral yol var. Onun sözlərinə görə, bu yolu Azərbaycan tərəfi tikib, ancaq bəzi ermənilər həmin yoldan istifadə etməkdən imtina edirlər. Qeyd edilib ki, həmin əraziyə rus sülhməramlıları nəzarət edir və hazırda nə təxribat baş verirsə, rus sülhməramlılarının məsuliyyətidir. Erkin Qədirli Rusiya sülhməramlılarının Azərbaycanın razılığını almadan həmin ərazilərə hər kəsin keçməsinə şərait yaratdıqlarını söyləyib. Buna misal olaraq Fransada prezident seçkilərində namizəd olmuş Paris şəhərinin merinin Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisinə buraxıldığını xatırladıb. Millət vəkili qeyd edib ki, ermənilərin strategiyası Azərbaycanla barışmaq və rus qoşunlarını Ermənistan ərazisindən, rus sülhməramlılarını isə Qarabağdan çıxarmaq olmalıdır. Çünki sülhməramlılar Qarabağdan erməni təcavüzü nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlıların geri qayıtmasına, iki icma arasında ünsiyyətin qurulmasına şərait yaratmırlar. Bütün bunları nəzərə alaraq Erkin Qədirli Ermənistan deputatının Azərbaycana qarşı son iddialarının tamamilə əsassız olduğunu vurğulayıb.
Onu da qeyd edək ki, Vladimir Vardanyan AŞPA Hüquq Komitəsində son hadisələrlə bağlı qətnamə layihəsinin hazırlanmasını təklif edib. Lakin prosedur qaydalarına zidd olduğu üçün bu təklif rədd olunub. Vladimir Vardanyanın daha sonra AŞPA Hüquq Komitəsinin sədrinin qərəzli bəyanat verməsi yönündə təklifi də qəbul olunmayıb. Beləliklə, ermənilərin AŞPA-da ölkəmizə qarşı daha bir məkrli planının qarşısı alınıb. Azərbaycan cəmiyyəti dəfələrlə şahid olub ki, ermənilər və erməni lobbisi müxtəlif beynəlxalq platformalarda, o cümlədən AŞPA-da dövlətimizə qarşı müxtəlif əsassız sənədlərin qəbul edilməsinə çalışıblar. Çox zaman bu planlar fiaskoya uğrayıb. Bütün bunlar göstərir ki, artıq ermənilər dünyanı öz yalanlarına inandıra bilmirlər.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

