Mərakeşlə diplomatik əlaqələrin 30-cu ilində...
14.12.2022 [10:55]
Azərbaycanın Mərakeşə dəstəyi qardaşlıq və dostluğun sübutudur
Günel ABBAS
Bu il Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu 30 illik yubiley qarşılıqlı münasibətlərdə olduqca mühüm hadisədir və hazırda iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük işlər görülür.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə ünvanladığı məktubunda əlaqələrin önəmini vurğulayıb. Onun sözlərinə görə, bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar var. Prezident qardaş xalqların rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərlə dostluq münasibətlərini, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığı bundan sonra da dərinləşdirməyə inamını ifadə edib.
Yeri gəlmişkən, diplomatik münasibətlərin 30 illiyi münasibətilə Mərakeş Krallığının ölkəmizdəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib. Tədbirdə “Mərakeş Azərbaycan rəssamlarının gözü ilə” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Eləcə də gənc muğam ifaçısı Yusif Cəfərbəylinin ifasında Azərbaycan və Mərakeş xalq musiqilərindən ibarət konsert proqramı olub.
Yusif Cəfərbəyli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşın dəvəti ilə Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirin konsert proqramında iştirak edib: “Bundan əvvəl bir sıra tədbirlərdə cənab səfirlə görüşmüşdük. Səsimi, ifamı çox bəyəndiyindən məni bu tədbirə dəvət etdi. Buna görə cənab səfirə öz xüsusi təşəkkürlərimi və dərin minnətdarlığımı bildirirəm. Bu mənim üçün çox önəmli və məsuliyyətli bir tapşırıq idi. Bu vaxta qədər bir çox rəsmi dövlət tədbirlərində çıxış etmişdim. Ancaq bu tədbir isə bir növ mənim solo konsertim kimi idi. Azərbaycan Milli Konservatoriyasının istedadlı tələbələrinin tarda Cavanşir Rüstəmbəyli, kamançada Əli Rüstəmbəyli, balabanda Emin Salahov və zərb alətlərində Səyyar Teymurovun müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində uğurlu çıxışımız baş tutdu. Biz həm Azərbaycan, həm də Mərakeş xalq musiqilərini böyük şövqlə ifa etdik. Tədbirdən öncə çoxsaylı məşqlərimizdən biri məhz səfirlikdə oldu. Məşq prosesində cənab səfir özü də şəxsən iştirak edirdi və o, hər bir mahnını diqqətlə dinləyir, xarakterizə edir və öz fikirlərini söyləyirdi. Konsertdə səsləndirdiyimiz məşhur Mərakeş musiqisi olan “Bent Bladi” dinləyicilər tərəfindən xüsusi maraqla qarşılandı. Konsert proqramında iştirak edən Azərbaycanda yaşayan mərakeşlilər onların musiqilərinə müraciət edərək və bu cür şövqlə ifamızı çox bəyəndiklərini bildirdilər”.
Onun sözlərinə görə, bu tədbir futbol üzrə Mərakeş milli komandasının həlledici görüşü ərəfəsinə təsadüf edib: “Hətta tədbirdə cənab səfir çıxışı zamanı belə bir fikir səsləndirdi: “Ölkələrimiz arasında bir çox bağlar var. Mərakeş və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə dair bir çox nümunələri göstərmək olar. Qətərdə keçirilən dünya çempionatında Azərbaycan xalqının bizə dəstəyi ölkələrimiz arasındakı gözəl dostluq və qardaşlıq əlaqələrinin əsl sübutudur. Şənbə günü Mərakeş daha böyük bir futbol ölkəsi olan Portuqaliya ilə qarşılaşacaq. Ümid edirik ki, Mərakeş Portiqaliyanı 3:1 hesabı ilə məğlub etdiyi 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatındakı çıxışımızı yeniləyəcək. Ancaq unutmayaq ki, qalib gəlsək də, məğlub olsaq da, futbolun sehri bir araya gələn bütün millətlər arasında harmoniya və birlik hissi ilə bağlıdır. Odur ki, ən yaxşı komanda qalib gəlsin. Təbii ki, Mərakeş”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

