Azərbaycanın ilk şəhid qadın jurnalisti...
16.12.2022 [11:13]
Salatın Əsgərovanın doğum günüdür
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum jurnalist Salatın Əsgərovanın doğum günüdür. O, 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub.
1979-cu ildə Bakı şəhərindəki Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il o vaxtki Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomunu alıb.
1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən bəlalar Salatın Əsgərovanı tamamilə fərli bir sahəyə - jurnalistikaya yönəltdi. O, 1984-cü ildə “Bakı”, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başladı. Salatın Əsgərova öz məqalələrində ermənilərin ölkəmizə qarşı törətdiyi təxribatlardan, torpaq iddialarından yazırdı. O, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən tez-tez cəbhə bölgəsinə gedir, qaynar nöqtələrdən reportajlar hazırlayırdı. Hər dəfə paytaxtda qoyub getdiyi körpə oğlunun varlığı da onu bu təhlükəli yoldan döndərə bilmirdi. Mərhum jurnalist hətta heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib sakinləri yanlış yoldan geri döndərməyə çalışmışdı.
Onun müharibənin qaynar nöqtələrindən hazırladığı reportajları geniş oxucu kütləsi qazanmışdı. Salatın Əsgərova imzası tanınır və sevilirdi. Amma...
1991-ci ilin yanvarın 9-da yenə səfərə yola düşdü. Növbəti reportajını hazırlamaq, həqiqəti çatdırmaq, Vətənə heç olmasa qələmi ilə yardım etmək üçün. Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyində - Qaladərəsi kəndi yaxınlığında düşmən onun olduğu maşını yaxın məsafədən atəşə tutdu, Salatın Əsgərova elə hadisə yerindəcə həlak oldu.
Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olundu. Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır.
Qeyrətli vətən qızı Salatından Vətən üçün göstərdiyi qəhrəmanlıqlar, hazırladığı reportajlar, bir də onun sənətini yaşadan oğlu yadigar qalıb...
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

