“İctimai Natiq” layihəsinin bağlanış və mükafatlandırma mərasimi həyata keçirilib
29.12.2022 [13:12]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “İctimai Natiq” layihəsi uğurla yekunlaşıb.
Layihənin bağlanış mərasimi dekabrın 27-də rəsmi qonaqlar və çıxışları ilə fərqlənən gənclərin iştirakı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutub.
Açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova qonaqları və gəncləri salamlayıb, 2022-ci il ərzində təşkilatın gördüyü işlər barədə məlumat verib. Həmçinin, “İctimai natiq” layihəsinin müxtəlif sahələrdə təmsil olunan gənclərin natiqlik, özünüifadə, təmsilçilik və araşdırma bacarıqlarının inkişafına verdiyi töhfəni qeyd edib.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, təşkilatın fəaliyyətinin gənclərin inkişafında oynadığı rolu, layihənin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə “İctimai natiq” nominasiyası üzrə seçilən gənclərdən olan Aydan Əzizova “Sosial məsuliyyətin hüquqlarımıza təsiri” mövzusunda nümunəvi çıxış edib, fərqlənən iştirakçılar sertifikat və 7 seçilən gənc (Çimnaz Alıyeva, Ayxan Əliyev, Aydan Əzizova, İlhan Əsgərov, Gülər Quluzadə, Azər Həndəmov, Fidan Məmmədli) isə “İctimai natiq” mükafatı ilə təltif olunub.
Layihə çərçivəsində 7 fərqli istiqamət üzrə (ictimai sahə, gənclərlərlə iş, könüllülük, hüquq, media, sahibkarlıq və idman) seçilən 70 gənc ilkin mərhələdə standart 14 saatdan çox nitqin strukturu, natiqlik sənəti, nitq mədəniyyəti və effektiv nitq mövzusunda təlimlərinin, ikinci mərhələdə “müxtəlif sahələrdə natiqliyin rolu” master-klasslarının iştirakçısı olub. Müsabiqə mərhələsinə çıxışları ilə fərqlənən 25 gənc seçilib, sonda isə ən yaxşı 7 natiq müəyyənləşib.
Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən 2022-ci il ərzində Respublika üzrə debat, natiqlik, sahibkarlıq sahələri üzrə 100-dən çox layihə, tədbir, turnir, düşərgələr və fəaliyyətlər həyata keçirilib. Bu fəaliyyətlərə minlərlə gənc qoşulub, maariflənib. Təşkilat 2023-cü il üzrə də fəaliyyət strategiyasına uyğun olaraq Azərbaycan Gənclər Siyasətinin həyata keçirilməsinə dəstək olan yeni layihələrə hazırlaşır.
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32

