Mingəçevir SES - 69
10.01.2023 [11:08]
Cənubi Qafqazda ən böyük su anbarı...
Yeganə BAYRAMOVA
Bu gün Mingəçevir Su Elektrik Stansiyasının (SES) istifadəyə verildiyi gündən 69 il ötür. Qeyd edək ki, stansiyanın tikintisinə 1945-ci ildə başlanılıb,
1953-cü ildə ilk hidroaqreqat əldə olunub, 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlayıb. Su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulub. Su anbarının qidalanmasında Kür, Alazan, İori və Gəncəçaydan gələn su axınından istifadə edilir. Anbarın ərazisinə Mingəçevir, Yevlax, Samux və Gəncənin bir hissəsi daxildir.
Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının-postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına toplaşıb.
Anbardan 172 km uzunluğundakı Yuxarı Qarabağ kanalı və 123 km uzunluğundakı Yuxarı Şirvan kanalı su götürür. Mil, Muğan və Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda əhalinin elektrik enerjisi ilə təminatında xüsusi rolu olan Mingəçevir su anbarı aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları yerləşdiyindən hövzədə suyun miqdarı artdıqca, onun seysmik fəallığının da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarını ciddi təhdid mənbəyi hesab etmək olar. Qeyd edək ki, yaz aylarında Mingəçevir su anbarındakı seysmiklik artır.
Lakin su anbarı kifayət qədər yüksək seysmik dayanıqlığa dözümlü konstruksiya ilə inşa edilib. Mingəçevirin özü 8 ballıq seysmik zonaya düşür. Anbarın maksimum yükgötürmə qabiliyyəti 18 milyard tondur. Azərbaycanın həm içməli su, həm enerji, həm suvarma, həm də çay sularının idarə olunmasında Mingəçevir su anbarı çox böyük əhəmiyyətə malikdir.
Mingəçevir su anbarının qurudan mühafizəsi
Azərbaycan Prezidentinin 2011-ci il fevralın 25-də imzaladığı Fərmana əsasən Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan Su Ehtiyatları Dövlət Agentliyinin səlahiyyətlərinə dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin etmək, ölkədə qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək, yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparmaq daxil edildi.
Mingəçevir Su Elektrik Stansiyasında təhlükəsizliyin təmin edilməsi strateji məsələ kimi daim diqqətdə saxlanılır, 16 milyard kubmetr su ehtiyatına malik anbarın kənar müdaxilələrdən qorunması üçün müasir avadanlıqlardan istifadə edilərək mükəmməl təhlükəsizlik sistemi qurulub. Bu təhlükəsizlik sistemi stansiyanın perimetrini, su bəndini və xüsusi əhəmiyyətli üç mühəndis qurğusunu kənar müdaxilələrdən qoruyur.
2018-ci il 27 fevral tarixində Prezident İlham Əliyev Mingəçevir SES-in yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

