Dünya mətbuatının gündəmi olmalı...
25.01.2023 [11:00]
Türkiyəli professor: Qərbi azərbaycanlıların mövzusu kölgədə qalmamalıdır
“İndiki Ermənistan, yəni keçmişdə Qərbi Azərbaycandan olan Azərbaycan türklərinin öz vətənlərinə qayıtması mövzusu təəssüf ki, beynəlxalq miqyasda çox da səslənmir. Hesab edirəm ki, bu mövzu Türkiyə də daxil olmaqla dünya mətbuatının gündəminə gətirilməlidir.”
Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, “Haber Türk” telekanalının mütəxəssisi, professor Mehmet Şahin “Yeni Azərbaycan”ın Türkiyə təmsilçisinə bu fikirləri bildirib.
Professor deyib ki, Azərbaycan Qarabağ mövzusunu beynəlxalq aləmdə tanıtdığı kimi, Qərbi azərbaycanlıların öz doğma vətənlərində yaşama hüququ ilə bağlı da aktiv fəaliyyətdə olmalıdır: “Qarabağ mövzusuna Azərbaycan diasporu çox yaxşı sahiblənib, zamanla Xocalı qətliamı, 20 Yanvar mövzusu çox səsləndi, hələ də davam edir. Mənim fikrimcə, Qərbi azərbaycanlılar mövzusu, digər mövzuların kölgəsində qalır. Bu mövzunun sadəcə Azərbaycanda gündəmə gəlməsi yetərli deyil. Həm Ermənistanın təcavüzkar siyasətini, xüsusilə “türksüz Ermənistan” siyasətinin dünya gündəminə gətirilməsi üçün bu mövzuda mütəmadi olaraq fərqli-fərqli dillərdə, xüsusilə ingilis dilində toplantılar edilməsində və bunun sadəcə Azərbaycanda deyil, dünyanın fərqli yerlərində gündəmə gətirilməsində böyük fayda var. Bu məsələ Türkiyə gündəmində də çox aktiv olmalıdır.”
Mehmet Şahin onu da qeyd edib ki, Azərbaycan həm dövlət olaraq, həm də bu ölkənin maddi-mənəvi zərərə məruz qalan məcburi köçkünləri, qaçqınları olaraq Ermənistandan təzminat alma tələbini beynəlxalq aləmdə gündəmə gətirməlidir: “Bütün dünya bilməlidir ki, Ermənstan sadəcə Qarabağ mövzusunda problem yaratmır, başqa köklü, illərlə toplanıb qalmış, həllini tapmalı olan problemlər də var ki, həllini gözləyir. Ermənistan təxribatları üzündən öz tarixi dədə-baba torpaqlarından didərgin olan insanlar vətənlərinə qayıda bilmirlər. Ermənistan illərlə Azərbaycana və insanlarına vurduğu maddi-mənəvi zərərlərin haqqını ödəməlidir. Azərbaycan dövlət olaraq, xalq olaraq beynəlxalq hüququn tələbləri çərçivəsində bu haqqını tələb etməli, bu mövzu beynəlxalq aləmdə geniş şəkildə təbliğ olunmalıdır. Dünya hələ də özünü fitnə-fəsad yuvasına çevirən Ermənistanı kifayət qədər tanımır”.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

