Dilimizi qoruyaq ki...
21.02.2023 [11:03]
Bu gün Beynəlxalq Ana Dili Günüdür
Şahanə XANKİŞİYEVA
Millətin simasını əks etdirən milli sərvətlərindən biri də dildir. Dil təkcə milləti yox, həm də dövləti siyasi platformada ən güclü göstərən vasitələrdəndir. Hər bir dövlətin ana dili kimi qəbul etdiyi xüsusi bir gün var. Ancaq 21 fevral ümumdünya ana dili günü kimi qəbul edilir. Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi ideyası Banqladeşin təşəbbüsü olub. Belə ki, 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsi UNESCO-nun Baş Konfransında 1999-cu ildə təsdiq edilib və 2000-ci ildən bütün dünyada qeyd olunur. Dillərin müxtəlifliyinin ümumi irs kimi qorunub saxlanılması və hamı üçün ana dilində keyfiyyətli təhsil almaq
UNESCO-nun xüsusi günə aid olan təşəbbüsü idi. Tədbirdəki müzakirələr bir-biri ilə əlaqəli şəkildə bir neçə mövzu ətrafında aparılırdı. Çoxdilli təhsilin ibtidai və ondan yuxarı siniflərdə keçirilmə zərurəti, eyni zamanda, gücləndirilmək, sürətlə dəyişən qlobal hadisələrdə və fövqəladə vəziyyətlər də daxil olmaqla böhran vəziyyətlərində müxtəlif dilləri öyrənməyə dəstək, yox olmaq təhlükəsi olan dilləri isə canlandırmaq kimi məsələlər müzakirə olundu.
Hazırda dünyada 6500-ə yaxın müxtəlif xalqlara mənsub dillər var ki, bunlardan sadəcə 5 faizi fəal istifadə edilir. Çin, ispan, ingilis, ərəb, hind dilləri ilk beşlikdə öz yerlərini qoruyub saxlayırlar. Hesablamalara görə hazırda 2400 dil yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Hər 14 gündə bir dil yox olur.
Dil ilə bağlı daha bir maraqlı fakt: Meksikada bir dil var, hansı ki sadəcə iki nəfər bu dildə danışır. Onlar da küsdükləri üçün artıq bu dilin yox olmaq təhlükəsi yaranıb. Dünya liderlərindən olan ABŞ-ın isə rəsmi dili yoxdur. Bu ölkədə ingilis və ispan dilində danışan insanlar üstünlük təşkil edir.
Hər kəsə öz ana dili doğmadır...
Millətin danışdığı dilin dövlət səviyyəsində rəsmi olaraq qəbul edilməsi möhtəşəm tarixi hadisədir. Yazı mədəniyyətimizin tarixində mühüm hadisələrdən biri də Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il avqustun 9-da Azərbaycan dili haqqında fərman imzalamasıdır. Fərmana əsasən, hər il avqustun 1-i Azərbaycan dili günü kimi qeyd edilir. “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”, - deyən Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar dilimizin qorunması, saxlanması və inkişafı baxımından göstərdiyi təşəbbüslərdəndir.
Hər birimiz dilimizi qoruyaq və milli dəyərlərimizə sahib çıxaq!
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

