Zaman keçdikcə alışacaqlar...
09.08.2023 [13:27]
Y.SAHİB
Azərbaycanda yeni parkinq qaydaları qüvvəyə minib.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, istənilən halda nəinki Azərbaycanda, dünyanın hər yerində insanlar tətbiq olunan yeniliklərə uyğunlaşa bilmirlər. İlkin vərdişlər formalaşana qədər müəyyən vaxt keçir. Hətta münaqişələr, mübahisələr yaranır: “Bu təcrübəni nəqliyyat sahəsində ilk dəfə kart sisteminə keçid zamanı gördük. İnsanlar həmin vaxt avtobusa ön qapıdan daxil olub, arxadan düşməyi qəbullana bilmirdilər. Dava-dalaş olurdu. İndi isə bu, mədəniyyətsizlik kimi qəbul olunur. Ona görə də, zaman keçdikdən sonra parkinqlə bağlı yeni ödəniş sisteminə alışacaqlar. Doğrudur, bəzi məsuliyyətsiz, müasir dünya ilə barışmayan, öz dünyası olan insanlar var. Bu gün ödəniş kartı olmayan insanlar da var. Halbuki kartla işləyən avtobuslarda kondisioner işləyir. Həmin avtobuslarda qışda isti, yayda sərin olur. Elə sərnişin var ki, karta nifrət edir, ya nədəndirsə, onu qəbul etmir. Dayanacaqda durur, eyni istiqamətdə gedən kartla işləyən 5-6 avtobusu buraxır. Nəhayət, köhnə avtobusa minir ki, təki ödənişi qəpiklə etsin. İndi parkinqlə bağlı da belə davranan insanlar olacaq. Gedib 500 metr arxada saxlayacaqlar ki, təki burada elektron ödəniş sistemindən istifadə etməsin. Amma nə vaxt dindirsən, deyəcək ki, “başım çıxmır”. Heç vaxt cəhd etməyəcək ki, onlayn ödənişdən istifadəni öyrənsin”.
Yeni sistem çox rahatdır
Ekspert yeni sistemin sadə olduğunu vurğulayıb: “ “Azparkinq” mobil tətbiqi kifayət qədər sadə funksiyalardan ibarətdir. İstifadəsi rahatdır. İnsanlar zamanla bunun səmərəsini, funksionallığını görəcəklər. Bu gün harayasa gedəndə, evdən baxa bilirsiniz ki, həmin ərazidə parkinq yeri var, yoxsa yoxdur, qiymətlər necədir. Küçələrin adına qədər göstərilir. Təkcə, bron etmək mümkün deyil. Çünki bizim cəmiyyətdə bron məsələsi bir az qəlizdir. Bir də görəcəksiniz ki, hansısa dələduz səhər tezdən durub, bütün parkinqləri bron edib axşam baha qiymətə insanlara satacaq. Ona görə buna imkan yoxdur. Sadəcə, məsafəni göstərir. Ola bilər ki, gələcəkdə qaydalarda müəyyən dəyişikliklər ortaya çıxsın. İş prosesində qüsurlar ola bilər. Ancaq bu gün üçün istifadəyə verilən imkanlar kifayət qədər normaldır. İrəli sürülən şərtlər qorxulu deyil, çox rahatdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

