Rublun ucuzlaşması Azərbaycan manatına hansı təsirləri göstərə bilər?
17.08.2023 [12:16]
MÜBARİZ
Rusiyanın maliyyə sektorunda mənfi tendensiyalar qalıcı xarakter alıb. Hökumətin səylərinə baxmayaraq, onları səngitmək mümkün olmur. Milli valyutanın - rublun permanent qaydada dəyər itirməsi mənfi proseslərin diqqət çəkən əsas hadisəsi kimi dəyərləndirilir. Rusiyanın maliyyə qurumlarından verilən məlumatlardan aydın olur ki, son iki həftə ərzində rublun digər valyutalar, xüsusilə də ABŞ dolları qarşısında məzənnə itkisinə məruz qalması daha da intensivləşib. Artıq bu ölkədə 1 dollar almaq üçün 100 rubldan çox vəsait ödəmək lazım gəlir. Son 2 ayda 22 faiz dəyər itirən rubl 2023-cü ilin əvvəlindən bəri 35 faizə yaxın ucuzlaşıb.
Bəs qonşu ölkənin milli valyutasının son günlərdə kəskin məzənnə itkisinə məruz qalması Azərbaycan manatına hansı təsirləri göstərə bilər? Bu sualla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik. “Yeni Azərbaycan”a açıqlama verən Vüqar Bayramov bildirib ki, bu ilin ilk yarısında ölkəmizin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Deməli, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb.
“Bu baxımdan, rublun ucuzlaşmasının Azərbaycana daxil olan valyutanın həcminə xüsusi təsirləri olmasa da, Rusiyadan ölkəmizə göndərilən remitensinin (bir ölkədən digərinə göndərilən vəsait) həcminə təsirsiz ötüşməyəcək. Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən remitensilərin həcmini azalda bilər. Digər tərəfdən, rublun ucuzlaşmasının valyuta bazarımıza psixoloji təsirlərini də diqqətdən qaçırmaq olmaz. Bununla belə, rubl daxil olmaqla bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu da qeyri-neft ixracatımıza təsirsiz ötüşməyə bilər. Rusiyada fəaliyyətini davam etdirən azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyuluşlarını şaxələndirmələri çox vacibdir. Rusiya iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyub. Bu, onun bütün qonşularından daha yaxşı hazırlıqlar tələb edir”, - deyə Vüqar Bayramov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

