Yolumuz Qərbi Azərbaycanadır!
19.08.2023 [12:00]
Y.SAHİB
“Göyçə-Zəngəzur Respublikası” fəaliyyətini dayandırdığını elan edib. Bu barədə “Göyçə-Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin birgə bəyanatında bildirilib.
Prezident İlham Əliyevin Qərbi Azərbaycan və bu bölgədən köçürülən yüz minlərlə soydaşımızın taleyi ilə bağlı müdrik düşüncələrə və planlara sahib olduğunu daim görmüşük. Ölkə başçısı hələ 2014-cü ildə hərbçilərimiz qarşısında çıxış edərkən söyləmişdi: “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”.
Prezidentin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan ziyalıları ilə görüşündə etdiyi çıxışından sonra Qərbi Azərbaycanlılarla bağlı dövlətimizin siyasi xətti ilə daha yaxından tanış olduq. Ölkə başçısı bu sahədə həyata keçirdiyi siyasi xəttə uyğun Qərbi Azərbaycan İcmasının qısa müddətdə yenidən təşkilatlandığına və bu gün çox böyük uğurla fəaliyyət göstərdiyinə şahid olduq.
Bu gün bütün Qərbi azərbaycanlılar pozulmuş hüquqlarının Azərbaycan Prezidentinin siyasi iradəsi, dövlətimizin gücü ilə bərpa olunacağına əmindirlər. Buna görə də onlar vahid niyyətlə bir olmalı, çaşqınlıq yaradan hər cür bölücü addımlardan kənar durmalı və Qərbi Azərbaycana - öz doğma torpaqlarımıza qayıtmaq üçün birgə mübarizə aparmalıdırlar.
Düşmən dəyirmanına su tökmək...
Millət vəkili, Qərbi Azərbaycan İcmasının üzvü Ramin Məmmədov “Yeni Azərbaycan” açıqlamasında bildirib ki, tarixi mənbələrdən də bəlli olduğu kimi, Göyçə, Zəngəzur və hətta İrəvan Azərbaycanın tarixi torpaqlarıdır: “Cənab Prezident İlham Əliyev də ən mötəbər kürsülərdən dəfələrlə bütün dünyaya bəyan edərək bildirib: “Hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi”.
Ancaq bütün bunlara baxmayaraq, “Göyçə-Zəngəzur Respublikası”nı elan etmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Bu, tamamilə yanlış, məqsəd və məramı bilinməyən, hətta bir qədər şübhə doğuran və Azərbaycanın dövlət maraqlarına zidd olan düşünülməmiş addımdır”.
R.Məmmədovun sözlərinə görə, Qərbi Azərbaycan İcması haqlı olaraq “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu heç vaxt tanımayıb: “İcma tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətləri yolverilməz və zərərli hesab edib”.
Dövlətimizin siyasətinə zidd idi
Deputat qeyd edib ki, bu gün də Qərbi azərbaycanlıların cəmiyyəti yaradılıb və onlar öz doğma torpaqlarına qayıtmaq üçün siyasi müstəvidə mübarizə aparırlar: “Ancaq “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması birbaşa Azərbaycanın dövlət siyasətinə zidd idi. Buna görə də yarandığı gündən bəri daim tənqid olunublar və onların heç bir siyasi fəaliyyətləri nəzərə çarpmayıb. Bu baxımdan da onlar haqqında araşdırmalara başlanıldı və sonda “fəaliyyət”lərini dayandırdılar. Azərbaycan dövlətinin vahid siyasi planı var: Biz ölkəmizin ərazilərini tam bərpa etmişik. Təbii ki, beynəlxalq qanunlara uyğun olaraq da hər bir köçkün öz yurduna qayıtmaq hüququna sahibdir”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

