Türkiyə yeni dövrə qədəm qoyur
22.08.2023 [11:27]
P.İSMAYILOV
Son 2 illik kataklizimlərlə dolu dönəmdə Türkiyənin iqtisadi-siyasi rolunun vacibliyi faktı tam olaraq üzə çıxdı. Bütövlükdə, Avropanın yeni enerji xəritəsində Ankaranın tutduğu mövqe zəruri xarakter daşıyır. Avropa ilə alternativ enerji mənbələri arasında əlaqənin qurulmasında, eləcə də digər ölkələrin qazının nəqlində və satışında mühüm rol oynayacaq Türkiyə bütövlükdə “köhnə qitə” üçün enerji xilaskarına çevrilir. Təsadüfi deyil ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sonuncu Macarıstan səfəri də enerji mübadiləsi məsələsində mühüm əhəmiyyətə malik oldu. Belə ki, Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın Baş naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekununda bildirib. Onun sözlərinə görə, Budapeştdə Baş nazir Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan sonra Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq. “Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzərində işi başa çatdırmışıq. Bu müqaviləyə əsasən gələn ilin yaz-yay aylarında Türkiyədən 275 milyon kubmetr təbii qaz alacağıq”.
Nazir həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub. O əlavə edib ki, Ərdoğan dekabrın 18-də yenidən Budapeştə səfər edəcək.
Bu il mayın 28-də keçirilən prezident seçkiləri Türkiyənin siyasi həyatında yeni bir səhifə açmaqdadır. Son dövrlərdə regional aktordan qlobal güc mərkəzi statusuna yüksələn Türkiyə bölgəsəl və hətta daha geniş coğrafiyada baş verən siyasi-iqtisadi proseslərin əsas tənzimləyicisi rolunda çıxış edir. Mərkəzi Asiya, Yaxın Orta Şərq, Cənubi Qafqaz, o cümlədən Şərqi Avropa və Şimali Afrika kimi regionların iqtisadi-siyasi inkişaf trayektoriyasında iştirakçı kimi geniş yer alan Türkiyə münasibətlər sisteminin gələcək strateji yol xəritəsini də təqdim etməkdədir. Son bir neçə ayda bütün spektlar üzrə aktiv siyasi proseslərdə yer alan rəsmi Ankara gələcək hədəflərini bəyan edir. Təsadüfi deyil ki, Türkiyədə baş verən hər bir siyasi hadisə, hərəkətlənmə dünya miqyasında diqqətlə izlənir. Eləcə də daxili arenada yaşanan mühüm xəbərlər böyük maraq doğurur. Bu mənada Prezident Ərdoğanın yaxın bir il çərçivəsində problemlərin həlli ilə bağlı çağırışı da bütün dünyada diqqətlə izlənməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

