COVİD sürətlə yayılır...
25.08.2023 [11:20]
Azərbaycan üçün təhlükə var?
Y.SAHİB
Koronavirus EG.5-in (Eris) omikron ştammının yeni variantını dünyada sürətlə yayılır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc olunan hesabatında qeyd olunub. Sənəddə bildirilir ki, EG.5 XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. İlk dəfə 17 fevral 2023-cü ildə qeydə alınıb.
ÜST-nın məlumatı son 30 gündə dünyada COVID-19 hadisələrinin 63% artdığını bildirib. Belə ki, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar artıq bəzi ölkələrdə peyvəndləmə və məcburi maska rejiminə keçid nəzərdə tutulub.
3 ildən artıqdır koronavirusla mübarizə aparan dünya indi də “Eris” virusu ilə bağlı təşviş içindədir. EG.5 variantının indiyədək 51 ölkədə göründüyünü qeyd edən ÜST ölkələrə COV?D tədbirlərini ləğv etməmələri barədə xəbərdarlıq edib. Təşkilat öz bəyanatında ölkələrə yeni simptomlara qarşı ayıq olmağı və yoluxan xəstələri yaxından izləməyi tövsiyə edib.
“Eris” təhlükəli sayılır
“Eris” variantının Azərbaycan üçün təhlükəli olub-olmadığına dair fikirlərini “Yeni Azərbaycan”la bölüşən həkim-infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, virusun alt variantı sürətli yayıldığından və immunitetdən yayındığına görə təhlükəli sayılır. O, qeyd edib ki, “Eris”in geniş yayılmasının səbəbi virusun toxunulmazlıqdan yayınma qabiliyyətini artırması və əvvəlki infeksiyaların verdiyi anticisimlərin təsirini azaltmasıdır: “Bu variant klinik əlamətlər baxımından digər variantlardan ciddi bir fərq yaratmır. “Eris”in simptomları koronavirusla demək olar ki, eynidir. Boğaz ağrısı, burun tıxanıqlığı, qrip, asqırmaq, öskürək, boğuq səs, iybilmə qabiliyyətinin itirilməsi və əzələ ağrıları yeni növ ştammın əsas əlamətləridir.
ÜST-nın təqdim edilən hesabatı 17 iyul -13 avqust aralığını əhatə edir. Əslində, dünyada hal hazırda koronavirusun bir çox alt variantı var. Yoluxma sayının artması da bununla bağlıdır. Baxmayaraq ki, ümumi yoluxanlarıın sayında 63 faiz artım var, amma xəstəxanada yatan xəstələrin sayında artım yoxdur”.
BA:86 variantı...
Həkim qeyd edib ki, pasiyentlərin arasında da ağır olan xəstələr ola bilər. EG.5 (Eris) variant ilə yanaşı başqa daha bir təhlükəli variant da hazırda müşahidə edilməkdədir: “BA:86 variantı da var. Bir çox ölkələrdə bu alt variant müşahidə edilir. Yoluxma hallarının tədqiqatında 36 mutasiya variantı görülüb və hər biri də fərqlidir. Elə buna görə də ciddi nəzarət altında saxlanılır. Amma bu variant nə qədər ağır olacaq, necə olacaq, bizim peyvəndlərin buna immuniteti varmı-bunu artıq zaman göstərəcək”.
İnfeksionist onu da bildirdi ki, bu növün Azərbaycanda olması ilə bağlı rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə artıq aşkarlanıbsa, bizdə də olma ehtimalı var.
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

